Modern.az

Bakıda kütləvi dava - Üç nəfər bıçaqlandı

Bakıda kütləvi dava - Üç nəfər bıçaqlandı

Hadisə

Bu gün, 12:05

Bakıda kütləvi dava olub.

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1996-cı il təvəllüdlü Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu