Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov özünə yeni müşavir təyin edib.
Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şamxal Kərimov sədri elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ş.Kərimov 1993-cü il fevralın 5-də Ağstafa rayonunda anadan olub. O, 2021-ci ildən Auditorlar Palatasının üzvüdür və müvafiq icazə əsasında auditor fəaliyyəti ilə məşğul olur.
