Gəncə şəhərində bir evdən iki nəfərin meyiti tapılıb.
Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib.
İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.