Modern.az

Şuşalıların problemləri ilə məşğulam, yeni bəstə yazıram - Polad Bülbüloğlu

Şuşalıların problemləri ilə məşğulam, yeni bəstə yazıram - Polad Bülbüloğlu

Ölkə

Bu gün, 18:00

Şuşaya köçən əhalinin məşğulluğunun təmin edilməsi əsas məsələlərdən biridir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib.

Komitə sədri mütəmadi olaraq, seçicilərlə görüşdüyünü və vətəndaşların problemlərinin həlli üçün imkan daxilində köməklik göstərdiyini deyib:

“Yaşayış məsələsi, iş yerlərinin açılması ilə bağlı problemlər var. Məsələn, Şuşa balaca bir şəhərdir, orada zavod - fabrik yoxdur. İnsanlar ora köçürülür. Bu zaman ilk növbədə iş yerləri məsələsi ön plana çıxır. Çünki insan köçüb orada yaşamalı, işləməli, maaş almalıdır. Təbii ki, bu istiqamətlərdə həmişə problemlər olur. Əsas məsələ həmin problemlərin həlli üçün düzgün istiqamət seçilməsi və bu istiqamətdə işlərin aparılmasıdır”.

Deputat, həmçinin hazırda rejissor Vaqif Mustafayevin çəkdiyi “Xoca Nəsrəddin” filminin musiqisi üzərində işlədiyini deyib: " “Xoca Nəsrəddin” beynəlxalq filmdir. Bura Orta Asiya ölkələri də daxil edilib. Layihənin ilin sonunadək hazır olması nəzərdə tutulur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır