Modern.az

Qurban Qurbanov dünyada 5-ci oldu

Qurban Qurbanov dünyada 5-ci oldu

İdman

4 Aprel 2023, 08:44

Uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin adları açıqlanıb.

 

Modern.az xəbər verir ki, 25 mütəxəssisin olduğu siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.

 

2008-ci ildən Ağdam klubuna rəhbərlik edən 51 yaşlı məşqçi ən uzun müddət eyni komandanı çalışdıran 5-ci mütəxəssisdir.

 

Siyahıya “Verona”nın sükanı arxasında dayanan Luici Freşko başçılıq edir. O, 41 ildir İtaliya klubunda işləyir. İlk üçlükdə Stefan Bakster (“Kruzaders”, Şimali İrlandiya, 18 il) və Suet-Fay Li (“Vinq Yi”, Honkonq, 17 il) yer alıblar. Frank Şmidt 16 ildir Almaniyanın “Heydenheym” klubunu çalışdırır və siyahıda dördüncüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?