Modern.az

Messi PSJ-ni tərk edir

Messi PSJ-ni tərk edir

İdman

4 Aprel 2023, 11:58

Lionel Messi cari mövsümün sonunda PSJ klubunu tərk edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu Paris klubunun heyətində yalnız məvacibinin azaldılmasına razılaşacağı halda qala bilər.

 

Messinin atası və PSJ-nin prezidenti Nasser Al-Xelaifi müqavilənin uzadılması şərtlərini razılaşdırmağa çalışsalar da, ortaq məxrəcə gələ bilmirlər. Mənbənin məlumatına görə, Messi “Barselona”ya qayıtmaqda maraqlıdır. Lakin Kataloniya klubu hələ argentinalı hücumçu ilə bağlı PSJ-yə rəsmi təklif göndərməyib.

 

Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində Fransa çempionatında 24 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV