Modern.az

Tennisçilərimiz dünya reytinqində 1-ci YERDƏ

Tennisçilərimiz dünya reytinqində 1-ci YERDƏ

İdman

6 Aprel 2023, 08:28

Stolüstü tennisçilərimiz Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər.


Modern.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar.


Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq martda Antalyada keçirilən "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülüblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV