Modern.az

“Qalatasaray”ın futbolçusu İtaliya klubunda

“Qalatasaray”ın futbolçusu İtaliya klubunda

İdman

5 İyul 2024, 18:35

Türkiyənin “Qalatasaray” komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya “Atalanta”sına keçib.

 

Modern.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.

 

“Atalanta” bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.

 

Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib

Sizə yeni x var
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!