Modern.az

"Hansı komanda ilə qarşılaşdığımızı bildirdik"

"Hansı komanda ilə qarşılaşdığımızı bildirdik"

İdman

30 İyul 2024, 22:23

"Çox çətin oyun oldu. Hansı komanda ilə qarşılaşdığımızı bildirdik. "Qarabağ" həddindən artıq güclü idi. Sonadək döyüşdük, lakin alınmadı".

 

Modern.az xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

O, "Qarabağ"ın böyük komanda olduğunu bildirib: "Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdəndir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu