Modern.az

“Qızıl top” mükafatının qalibi vəfat etdi

“Qızıl top” mükafatının qalibi vəfat etdi

İdman

18 Yanvar 2025, 10:17

"Mançester Yunayted"in keçmiş futbolçusu Denis Lou 84 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Şotlandiyalı Denis Lou 1962-1973-cü illərdə "Mançester Yunayted"də çıxış edib. O, komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub. 1964-cü ildə “Qızıl top” mükafatını qazanıb.

Şotlandiyalı futbolçu karyerası ərzində həmçinin “Mançester Siti", "Haddersfild" və "Torino"da da çıxış edib. 

O, Şotlandiya millisində 55 oyun keçirib, 30 qol vurub.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu