Modern.az

Moldovada Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib                                                                                             

Moldovada Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib                                                                                             

Aktual

Bu gün, 17:00

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Moldovadakı Azərbaycan diasporasının təşkilatçılığı ilə Moldova Respublikasında yaşayan azərbaycanlı uşaqlar üçün həftəsonu Azərbaycan dili dərsində xüsusi tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Kişinyov şəhərində yerləşən Pedoqoji Universitetin nəzdində fəaliyyət göstərən, “Xarı bülbül” adını daşıyan Azərbaycan dili sinfində baş tutub.

Tədbirdə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi”nin sədri Bəhruz Məmmədzadə, sədr müavini Vahab Nəhmətov və mətbuat katibi Qismət Əliyev iştirak ediblər.

Çıxışlar zamanı uşaqlara Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində bu günün rolu, eləcə də ölkəmizin əldə etdiyi tarixi Zəfər barədə ətraflı məlumat verilib. Həmçinin vətənpərvərlik ruhunda söhbətlər aparılıb, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi vurğulanıb.

Tədbirin interaktiv hissəsində uşaqlar öz düşüncə və hisslərini rəsmlər və məktublar vasitəsilə ifadə edərək qonaqlarla bölüşüblər. Onların vətənə bağlılıq, qəhrəmanlıq və milli birlik mövzularında hazırladıqları işlər maraqla qarşılanıb.

Tədbirin sonunda uşaqlar Azərbaycan milli rəqslərini təqdim ediblər. Milli musiqi sədaları altında nümayiş olunan rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsi xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliyə bağlılığının gücləndirilməsi, ana dilinin təbliği və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ