Modern.az

Kanalda batan şəxsin meyiti tapıldı

Kanalda batan şəxsin meyiti tapıldı

Ölkə

15 İyun 2026, 17:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Məlumata görə, dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi