Modern.az

“Sabah” - “Barselona”: hakimlər bəlli oldu

“Sabah” - “Barselona”: hakimlər bəlli oldu

İdman

Bu gün, 14:59

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” oyunu öncəsi mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Modern.az xəbər verir ki, “Sabah”ın mətbuat konfransı noyabrın 24-də saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq. “Barselona”nın mətbuat konfransı həmin gün saat 19:15-də, media üçün açıq məşqi isə saat 20:00-da başlayacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Mətbuat konfransları da eyni məkanda təşkil olunacaq.

“Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Matçın hakim təyinatları da açıqlanıb. Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri kimi Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

VAR Endryu Dallasa, AVAR isə Stiven Maklinə həvalə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər