Modern.az

Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Hadisə

Bu gün, 09:59

Paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Modern.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Ballistik raketlər işə düşdü - Rusiyadan dəhşətli hücum!