Modern.az

Lamin Yamal “Sabah”la oyunda meydana çıxmayacaq - Rəsmi

Lamin Yamal “Sabah”la oyunda meydana çıxmayacaq - Rəsmi

İdman

Bu gün, 14:11

“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək matçda iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı vingerin sağ ayaq biləyində yüngül narahatlıq var. Zədənin qarşısını almaq məqsədilə futbolçuya istirahət verilməsi qərara alınıb.

Klubdan verilən açıqlamada Yamalın gələn bazar günü “Deportivo” ilə matçda meydana çıxmasının gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq. (Qol.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər