Modern.az

Bu gün "Sabah"nan "Qarabağ"ın oyunu var

Bu gün "Sabah"nan "Qarabağ"ın oyunu var

İdman

Bu gün, 09:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Modern.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə meydana “Araz-Naxçıvan” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq.

Turun bağlanış oyunu isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında olacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...