Modern.az

Təxirə salınan tədbir bu il baş tutacaq – Fərid Qayıbov

Təxirə salınan tədbir bu il baş tutacaq – Fərid Qayıbov

İdman

Bu gün, 15:46

İlin əvvəlində təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək.

Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” idman sərgisinin açılış mərasimində bildirib.

Nazir bildirib ki, sözügedən yarış bəzi məsələlərə görə təxirə salınıb:

“Hazırda Bakı dünyanın idman paytaxtıdır. Bu mənada, ölkədə irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər turnirlər təşkil olunur. Böyük idman sərgisi olan “SportAccord” da planlaşdırılırdı. Təəssüf ki, bəzi məsələlərə görə həmin tədbir ilin əvvəlində təxirə salındı. Lakin növbəti il yenidən Azərbaycanda baş tutacaq. Buna görə də Bakının dünyanın idman paytaxtı olduğu bu ildə sərgi keçirmək qərarına gəldik”.

O, sərginin iki gün davam edəcəyini diqqətə çatdırıb: “Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsəd ölkə idmanının təbliğatıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!