UEFA Avropa Liqasının “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında Gürcüstanın Batumi şəhərində keçirilən oyun zamanı baş verən qarşıdurmaya görə məsuliyyət daşımadığını bəyan edib.
Modern.az xəbər verir ki, təşkilat matçın təhlükəsizliyinin təmin edilməsinə və stadiondakı təhlükəsizlik tədbirlərinə UEFA-nın cavabdeh olmadığını bildirib.
UEFA-nın açıqlamasına görə, qarşılaşmanın əvvəlcə İstanbulda, “Beşiktaş”ın ev stadionunda keçirilməsi nəzərdə tutulub. Lakin Türkiyə Futbol Federasiyası müvafiq yerli qurumların tövsiyə və göstərişlərini aldıqdan sonra oyunun Gürcüstana köçürülməsi barədə UEFA-ya məlumat verib.
Təşkilatın bəyanatında qeyd olunub ki, UEFA matçın təşkilatçısı olmayıb və bu səbəbdən təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşımayıb, eləcə də həmin prosesə nəzarət etməyib.
“Stadionda baş verən bütün müdaxilələr yerli səlahiyyətli orqanların qərarı ilə, onların səlahiyyətləri və yurisdiksiyası çərçivəsində həyata keçirilib”, – deyə açıqlamada bildirilib.
UEFA-nın versiyasına görə, matçın müvəqqəti dayandırılması ilə nəticələnən polis və azarkeşlər arasındakı qarşıdurma hüquq-mühafizə orqanlarının “Beşiktaş” azarkeşlərinin yerləşdiyi sektora müdaxiləsindən sonra başlayıb. P
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə baş verən iğtişaşlar zamanı 16 nəfərin saxlanıldığını, üç polis əməkdaşının isə xəsarət aldığını açıqlamışdı.
Gürcüstan polisinin məlumatına görə, azarkeşlərin bir hissəsinin aqressiv davranışı onların Avropa meydanından stadiona doğru yürüşü zamanı başlayıb.
DİN xarici KİV-lərdə yayılan, güc tətbiqinin Fələstin bayraqları və plakatlarının nümayişi ilə əlaqəli olduğu barədə məlumatları da təkzib edib.
Türkiyə tərərəfinin apardığı danışıqlardan sonra saxlanılan azarkeşlər sərbəst buraxılıb.