Modern.az

Qardaş ölkələr bu dəfə meydanda rəqibdir

Qardaş ölkələr bu dəfə meydanda rəqibdir

İdman

Bu gün, 09:40

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq.

Modern.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gələcək.

Qarşılaşma İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...