Modern.az

Futbolçu 80 metr məsafədən inanılmaz qol vurdu

Futbolçu 80 metr məsafədən inanılmaz qol vurdu

İdman

Bu gün, 18:54

Niderland qadın futbol liqasında keçirilən oyunda tamaşaçılar heyrətamiz məsafədən vurulan qola şahidlik ediblər.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, futbolçu rəqib komandanın qapısına 80 metr məsafədən qol vurub.

Hadisə "Ayaks" və AZ komandaları arasındakı oyunda baş verib. Amsterdam klubu qonaq komandanı 5:1 hesabı ilə məğlub etsə də, 80 metr məsafədən qol buraxıb.

Matçın 69-cu dəqiqəsində AZ-ın müdafiəçisi Modi Stup öz cərimə meydançasının hüdudlarından irəliyə uzun ötürmə edərək komanda yoldaşını zərbə mövqeyinə çıxarmağa çalışıb.

Lakin top hamının, o cümlədən "Ayaks"ın qapıçısının başı üzərindən uçaraq qapı toruna daxil olub.

Artıq dörd qol vurmuş "Ayaks" oyunçuları üçün bu qolun elə bir əhəmiyyəti yox idi və sonradan Nadin Noordam matçın yekun hesabını 5:1 kimi müəyyənləşdirib.

Bu matçdan sonra hər iki komanda 12 xala malikdir və Qadınlar arasında Erediviziya turnir cədvəlində ikinci və üçüncü yerləri bölüşürlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı