Modern.az

Həmin səhvinə görə Salaha SƏRT CƏZA

Həmin səhvinə görə Salaha SƏRT CƏZA

İdman

Bu gün, 22:00

Böyük Britaniyanın Uorrinqton şəhər məhkəməsi Trabzonspor və Misir milli komandasının hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, hadisə martın 27-də Çeşirin Uilmslou şəhərində qeydə alınıb.

Məhkəmə sənədlərinə görə, sürət həddini aşan Salah “Rolls-Royce” avtomobilini kimin idarə etdiyini polisə bildirməyib. Futbolçu prokurorluğun bildirişlərinə məhəl qoymayıb və istintaqla əməkdaşlıq etməkdən imtina edib. Nəticədə, məhkəmə ona 1044 funt sterlinq (1217 avro) cərimə ödəməyi də əmr edib.

Yol hərəkəti qaydalarının pozulması Salahın "Liverpul"dan ayrıldığını elan etməsindən qısa müddət sonra baş verib.

Misirli futbolçu 2017-ci ildən bəri "Liverpul"da çıxış edirdi. Avqust ayında o, azad agent kimi Türkiyənin "Trabzonspor" klubuna qoşulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı