Modern.az

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İdman

23 Sentyabr 2026, 12:08

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizə davam edir.

Modern.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün turnirdə 7-ci tur çərçivəsində növbəti oyunlarına çıxacaqlar.

Kişilərdən ibarət Azərbaycan millisi Yunanıstan seçməsi ilə qarşılaşacaq.

Qadın şahmatçılarımız isə Ermənistan yığması ilə üz-üzə gələcəklər.

Azərbaycanın kişi komandası 6 turdan sonra 10 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət yığmamız da 6 turdan sonra 10 xal toplayaraq 9-cu sırada yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri