Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.
Modern.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Apa-ya bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı bu rəqəmdən bir qədər çoxdur.
Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.
O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.
Rəsmi statistikaya görə, ötən il Qran Pris iştirakçıların 80%-dən çoxunu turistlər təşkil edib.
Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.