Modern.az

Azərbaycan millisi Tacikistana qalib gəldi

Azərbaycan millisi Tacikistana qalib gəldi

İdman

23 Sentyabr 2026, 22:34

Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşünə çıxıb.

Modern.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gəlib. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması meydanı qalib tərk edib.

Hazırda FİFA-nın reytinqində Tacikistan 101-ci, Azərbaycan millisi isə 126-cı yeri tutur.

Xatırladaq ki, bu matç UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyır.

23 sentyabr

20:00 Azərbaycan – Tacikistan - 1:0

Qol: Oleq Baklov, 58-avtoqol

Whatsapp
Bizə yazın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri