Modern.az

Bakıda "Formula 1" rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

Bakıda "Formula 1" rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

İdman

Bu gün, 13:53

"Formula 1" Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Modern.az xəbər verir ki, bu, "Formula 1"in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xatırladaq ki, xarici qonaqların ötən ilki sayı 14 min olmuşdur.


Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.


10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?