Modern.az

Neftin qiyməti yaxın 4 ildə bu qədər olacaq 

Neftin qiyməti yaxın 4 ildə bu qədər olacaq 

İqtisadiyyat

15 Aprel 2026, 16:27

İqtisadiyyat Nazirliyinin ötən ay təqdim etdiyi proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in dəyərinin 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 %-dən 2027-ci ildə 78 %-ə, 2030-cu ildə isə 81,8 %-ə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 %, qeyri-neft-qaz ÜDM-in 4,2 % olacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi