İliyana Yotova Bolqarıstan tarixində prezident seçilən ilk qadın olub. O, növbəti beş il ərzində ölkəyə rəhbərlik edəcək
Modern.az xəbər verir ki, o, 1964-cü il oktyabrın 24-də Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. Bolqar filologiyası üzrə ali təhsil alan Yotova peşəkar fəaliyyətinə jurnalist kimi başlayıb. Yotova ali təhsilini jurnalistika üzrə deyil, bolqar filologiyası üzrə alıb. Jurnalistika sahəsində isə uzun illər peşəkar fəaliyyət göstərib. O, Bolqarıstanın milli televiziyasında müxtəlif vəzifələrdə çalışdıqdan sonra siyasətə qoşulub.
Yotova 2007–2017-ci illərdə Avropa Parlamentinin deputatı, 2017–2026-cı illərdə isə Bolqarıstanın vitse-prezidenti olub. 2026-cı ilin yanvarında Rumen Radevin istefasından sonra prezident vəzifəsini icra etməyə başlayan Yotova noyabrın 1-də keçirilən seçkilərdə qalib gələrək ölkənin ilk seçilmiş qadın prezidenti adını qazanıb.
O, Bolqarıstan Sosialist Partiyasının siyasi xəttinə yaxın olub. Prezident Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını və Ukrayna müharibəsinin diplomatik danışıqlar yolu ilə həllini müdafiə edir.
Ukraynaya əlavə hərbi yardımın göstərilməsinə qarşı çıxması onun siyasi mövqeyinin diqqətçəkən xüsusiyyətlərindəndir.
Ailəlidir, bir oğlu var.