Modern.az

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artıb

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artıb

İqtisadiyyat

Bu gün, 11:41

Bu ilin ilk doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard ABŞ dollarına yaxınlaşıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirilib.

Qeyd olunub ki, doqquz aylıq ticarət dövriyyəsi ötən ilin ümumi göstəricisini artıq üstələyib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.

İclasda Azərbaycanın Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğu da diqqətə çatdırılıb. Azərbaycan investoru tərəfindən Tbilisidə həyata keçirilən yeni hotel layihəsinin açılışı investisiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?