Modern.az

Goranboyda avtomobil dərəyə aşıb, ölən var

Goranboyda avtomobil dərəyə aşıb, ölən var

Hadisə

Bu gün, 21:26

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...