Rusiya bazarında erməni məhsullarını sürətlə Azərbaycan məhsulları əvəz edir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan yerli jurnalistlərə bildirib.
"Bilirsinizmi, hazırda Rusiya bazarında nə baş verir? Ermənistan məhsullarının yerini çox sürətlə Azərbaycan malları tutur", - deyə o qeyd edib.
Tsarukyanın sözlərinə görə, ölkə daxilində siyasi qütbləşmə fonunda iqtisadiyyatın real sektoru ciddi problemlərlə üzləşə bilər. O, fermerlər, biznes və dövlət büdcəsi üçün risklərin artdığını vurğulayıb.
Siyasətçi iqtisadiyyatı "Rusyameylli" və "Qərbyönlü" kimi bölməyin yanlış yanaşma olduğunu bildirib.
Tsarukyan əlavə edib ki, parlament seçkilərindən sonra Ermənistanda ictimai ziddiyyətlər daha da dərinləşib və qərarların qəbulunda peşəkarlar və ekspertlər kifayət qədər iştirak etmir.