Modern.az

Türkiyədə itkin düşən uşaqlar tapıldı – Ərdoğana şad xəbər verildi

Türkiyədə itkin düşən uşaqlar tapıldı – Ərdoğana şad xəbər verildi

Dünya

Bu gün, 14:48

Türkiyədə ekskursiyadan qayıdarkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən 3 nəfər xilas edilib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelidən Boluya ekskursiyaya gedən uşaqları daşıyan mikroavtobus geri qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa batıb.

Nəqliyyat vasitəsinin meşəlik ərazidə hərəkətsiz qalmasından sonra sərnişinlərlə əlaqə kəsilib.

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son GPS məlumatları əsasında mikroavtobusun yeri müəyyən edilib.

Saatlarla köməksiz vəziyyətdə qalan 13 nəfər xilasetmə qrupları tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın uşaqların sağ-salamat tapılması xəbərini aldığı an kameralara əks olunub.

Sevinc göz yaşlarına hakim ola bilməyən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV