Modern.az

Borclu olduğu şəxsdən oğurluq edib, borcunu qaytardı

Borclu olduğu şəxsdən oğurluq edib, borcunu qaytardı

Hadisə

Bu gün, 15:30

Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.

Modern.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV