Modern.az

BVF dünya iqtisadiyyatı ilə bağlı yeni proqnoz açıqladı

BVF dünya iqtisadiyyatı ilə bağlı yeni proqnoz açıqladı

İqtisadiyyat

Bu gün, 08:38

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə dünya iqtisadiyyatının 3,1 faiz artacağını proqnozlaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə fondun oktyabrın 13-də açıqladığı “Dünya İqtisadiyyatının Perspektivləri” hesabatında bildirilib.

Qurum əvvəlki proqnozunu 0,1 faiz bəndi artırıb. BVF-nin hesablamalarına əsasən, 2027-ci ildə qlobal iqtisadi artımın 3,4 faiz təşkil edəcəyi gözlənilir.

Hesabatda qeyd olunub ki, süni intellekt texnologiyalarına və müvafiq infrastruktura yatırılan investisiyalar iqtisadi artımı dəstəkləyən əsas amillərdəndir.

Bununla yanaşı, Yaxın Şərqdə davam edən münaqişə, neft qiymətlərinin yüksək olması, dövlət borclarının artması və maliyyə bazarlarındakı qeyri-müəyyənlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır.

BVF xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibənin uzanması və enerji qiymətlərinin daha da bahalaşması qlobal iqtisadi artım tempini zəiflədə bilər.

Qurum ölkələri maliyyə dayanıqlığını gücləndirməyə və uzunmüddətli iqtisadi risklərə qarşı tədbirlər görməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!