Modern.az

ABŞ Konqresi Trampı Ukraynaya dəstək verməyə məcbur edə bilər 

ABŞ Konqresi Trampı Ukraynaya dəstək verməyə məcbur edə bilər 

Dünya

Bu gün, 11:20

ABŞ Konqresi Prezident Donald Tramp administrasiyasını Ukrayna və Tayvana dəstək göstərməyə məcbur edən qanun qəbul edə bilər.

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Demokrat senator Tim Keynin fikrincə, Ukraynanın maliyyələşdirilməsi Trampın dəstəklədiyi digər müddəalarla birlikdə qanun layihəsinə daxil edilərsə, prezident sənədə veto qoymaya bilər.

Senator, həmçinin 2027-ci ildə Konqresin daha prinsipial mövqe nümayiş etdirəcəyini, NATO və ABŞ-nin müttəfiqlərinə daha çox bağlılıq göstərəcəyini düşünür.

Nəşrin məlumatına görə, Avropa rəsmiləri artıq ABŞ Konqresinin yeni çağırışını Ukraynaya dəstəyi artırmağa çağırıblar.

Noyabrda “Politico” nəşri də Konqresin Trampın mövqeyinə baxmayaraq, Ukraynaya milyardlarla dollar dəyərində yardım paketi ayırmağı planlaşdırdığını yazmışdı.

Senator Riçard Blumental isə Rusiyaya qarşı sanksiyaların bərpasını, dizel yanacağı ilə bağlı razılaşmanın ləğvini və Kiyevə hərbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsi təqdim etmək niyyətində olduğunu bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 24-də ABŞ-nin Kiyevi kapitulyasiyaya məcbur etmək istəyən Rusiya Prezidenti Vladimir Putinin siyasi xəttini izlədiyini iddia etmişdi.

Sizə yeni x var
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV