Modern.az

MDB-nin tərkibi genişlənir - Daha iki ölkənin adı çəkildi

MDB-nin tərkibi genişlənir - Daha iki ölkənin adı çəkildi

Dünya

Bu gün, 11:02

Müstəqil Dövlətlər Birliyinin (MDB) formatının yeni ölkələrin iştirakı hesabına genişləndirilməsi real görünür. Monqolustan və Serbiya da gələcəkdə təşkilata qoşula bilər.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, təşkilatın fəaliyyətinin genişləndirilməsi məsələsi artıq MDB sammitlərində ciddi şəkildə müzakirə olunur. Lebedev bu baxımdan Türkmənistanda keçirilən son sammiti də təsdiqləyici nümunə kimi göstərib.

Baş katib xatırladıb ki, MDB çərçivəsində iki yeni formatın yaradılması qərara alınıb: “MDB+” və “MDB yanında müşahidəçi” statusu. Onun sözlərinə görə, bu təşəbbüslər beynəlxalq aləmdə böyük maraq doğurub.

Lebedev bildirib ki, İran artıq “MDB+” formatına qoşulmaq təşəbbüsü ilə çıxış edib. Hazırda Tehrana bu statusun verilməsi məsələsinə baxılır.

O qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə ölkəsinin “MDB+” formatında iştirak etmək istədiyini bəyan edib. Bu təşəbbüs Birliyə üzv ölkələrdə də əsasən müsbət qarşılanıb.

Sergey Lebedev Monqolustan və Serbiyanın da gələcəkdə bu formata qoşulması ehtimalını istisna etməyib.

Qeyd edək ki, “MDB+” formatının yaradılması barədə qərar 2025-ci ilin oktyabrında Düşənbədə keçirilən sammitdə üzv dövlətlərin başçıları tərəfindən təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu format MDB-nin fəaliyyətinə əməkdaşlıqda maraqlı olan digər ölkələrin daha fəal cəlb edilməsinə imkan verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər