Modern.az

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

Dünya

Bu gün, 10:53

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “Birbaşa xətt”i və böyük mətbuat konfransı dekabrın 10-da keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Budəfəki tədbir də əvvəlki illərdə olduğu kimi, birləşdirilmiş formatda təşkil olunacaq və “Vladimir Putinlə ilin yekunları” adlanacaq.

Qeyd edək ki, bu ad 2023-cü ildən istifadə olunur. Birbaşa xəttlə böyük mətbuat konfransının birləşdirilmiş formatı isə ilk dəfə 2020-ci ildə tətbiq edilib. Həmin vaxt pandemiya məhdudiyyətləri səbəbindən tədbirlərin əvvəlki qaydada ayrı-ayrılıqda keçirilməsi mümkün olmayıb.

Dekabrın 10-da Putin həm jurnalistlərin suallarını cavablandıracaq, həm də vətəndaşlardan daxil olan müraciətlərə münasibət bildirəcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər