Modern.az

Azərbaycanlı jurnalistlər Bişkekdə - GÖRÜNTÜ

Azərbaycanlı jurnalistlər Bişkekdə - GÖRÜNTÜ

Media

Bu gün, 12:06

Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkek şəhərinə gediblər.

Modern.az xəbər verir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.

Azərbaycan bu mötəbər tədbirdə idman, mədəniyyət və elm proqramları üzrə təmsil olunacaq.

Səfər çərçivəsində sentyabrın 1-də isə Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

Həmçinin "ŞƏT plyus" formatında yüksək səviyyəli görüşün baş tutacağı gözlənilir.

Görüşlər zamanı dövlət və hökumət başçıları beynəlxalq və regional gündəliyin aktual məsələlərini, ŞƏT-in gələcək inkişafının prioritet istiqamətlərini müzakirə edəcəklər.

Bundan əlavə, siyasi, ticari-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olacaq.

İclasın yekununda ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsinin qəbul edilməsi, çoxşaxəli əməkdaşlığın daha da möhkəmləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənəd və qərarların imzalanması nəzərdə tutulur.

Azərbaycanlı jurnalistlər səfər çərçivəsində keçiriləcək tədbirləri və Prezident İlham Əliyevin iştirakını yerli və beynəlxalq ictimaiyyətə operativ şəkildə çatdıracaqlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...