Modern.az

Canavar 7 min manat ziyan vurdu - Video

Canavar 7 min manat ziyan vurdu - Video

31 Avqust 2017, 23:33

Hadisə Ağcabədinin Şənlik kəndində, Arif Məmmədova məxsus təsərrüfatda baş verib. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, səhər saatlarında xırdabuynuzlu heyvanlarda ibarət sürüyüə girən canavar 2 qoyunu öldürüb, 33-nü isə ölümcül yaralayıb. Təsərrufat sahibinin sözlərinə görə, hadisə nəticəsində ona 7 min manata yaxın ziyan dəyib.

 

Rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerində olub.

 

Yaralı heyvanlara vaksin vurulub, ölən heyvanlar isə xüsusi dərman vurularaq basdırılıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi