Modern.az

Misirdə 47 xüsusi təhlükəli şəxs məhv edildi

Misirdə 47 xüsusi təhlükəli şəxs məhv edildi

16 May 2019, 18:44

Son vaxtlar Misir Silahlı Qüvvələrinin polislə birlikdə Sinay yarımadasının şimalında və mərkəzi hissəsində apardığı antiterror əməliyyatı zamanı 47 xüsusi təhlükəli silahlı məhv edilib.

 

 

Misir Silahlı Qüvvələrinin bəyanatında bildirilir ki, əməliyyat zamanı terrorçuların istifadə etdikləri sığınacaqlar və nəqliyyat vasitələri məhv edilib, 385 partlayıcı qurğu zərərsizləşdirilib, külli miqdarda silah və hərbi sursat, habelə partlayıcı maddə müsadirə olunub, müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 100-dən çox adam tutulub.

 

Bəyanatda deyilir ki, antiterror əməliyyatı zamanı Misirin üç hərbi qulluqçu həlak olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı