Modern.az

Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu

Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu

23 May 2019, 14:47

“Nizami” Kino Mərkəzində görkəmli kinorejissor Tofir Tağızadənin 100 illiyi münasibəti ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, “Mateo Falkone” filmi Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb.

“19 dəqiqəlik "Mateo Falkone" qısametrajlı filmi ölkəmizdə BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. Filmin yeni versiyasının bərpasına üç aydan çox vaxt sərf edilib və bunu məşhur rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyinə həsr etmişik”.

Təqdimatda Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Sabir Rüstəmxanlı, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Eldar Quliyev, Ayaz Salayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Azərbaycanfilm Kinostudiyanın direktoru Müşfiq Hətəmov Azərbaycan kinosuna yeni nəfəs verdiyinə görə Vahid Mustafayevə təşəkkür edib:

"Sevinirəm ki, Vahid kimi mədəniyyətin qayğısına qalan bir insan var. Minnətdaram. Bu filmə dövlət tərəfindən sifariş verilməyib. Filmi Balans Studiyası özü bərpa edib”.

“Mateo Falkone” bərpa edilmiş filmin nümayişindən əvvəl, tamaşaçılara bərpa prosesinin incəliklərini əks etdirən ekran işi nümayiş etdirilib. Tamaşaçılar Balans Studiyasının filmin səs, rəng, musiqi, dialoqlarının xüsusi avadanlıqlar vasitəsi ilə necə bərpa edildiyini lentin mövcud və bərpadan sonrakı vəziyyətini əyani olaraq görüblər.

Xatırladaq ki, film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir