Modern.az

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

27 May 2019, 15:37

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:


“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.

Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir