Arxiv
12 Avqust 2019, 08:32 | ÖLKƏ
“Ramil Səfərovun məhkəməsində bir daha əmin oldum ki, Həsən Həsənov...” - Vəkil SİRLƏRİ AÇIR

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.


Modern.az saytı vəkil Adil İsmayılovun yazısının ardını təqdim edir.

 

(Yazının əvvəli burada)


- Beləliklə, birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi. Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da, barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu.

Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi , onlara etirazın olmadığı aydınlaşdırıldı. Yeri gəlmişkən, məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndə hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq. Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu. Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi.

Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi. Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun “sağdış”, “soldış”ı olan iki qadın isə mantiyasız adi geyimdə idilər. Məlim oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi, xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.

Proses iştirakçılarının təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir, onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi “Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”.

Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil - Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib. Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirəm ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu. O, Ramilə oğlu kimi münasibət göstərirdi.

Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərçüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alardı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi. 

Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi…


 davamı olacaq

 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21