Arxiv
11 Avqust 2019, 23:37 | ÖLKƏ
“Tərcüməçi Ramil Səfərovun dediklərini açıq-aşkar təhrif etmişdi” – Vəkil SİRLƏRİ AÇIR

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.


Modern.az saytı vəkil Adil İsmayılovun yazısının ardını təqdim edir.

(Yazının əvvəli burada)

- İkinci görüşümüzdə işin vəziyyəti müzakirə edilərkən məlum oldu ki, Ramil Səfərov müstəntiq tərəfindən iki dəfə 19 fevral və 4 mart tarixlərində dövlət hesabına təyin edilmiş vəkilin və rus dilli tərcüməcinin iştirakı ilə dindirilib. Yenə də rusdilli tərcüməçinin iştirakı ilə psixatrik ekspertiza keçirilərək rəy alınmışdı. Dindirmə protokollarında və ekspertiza rəyində yazılanları tərçüməçimiz Sevinc xanım Micuri ona Azərbaycan dilinə tərcümə etdi. Məlum oldu ki, bu sənədlərdə Səfərovun dedikləri açıq-aşkar təhrif edilib. Biz bunu Ramilin rus dilini yaxşı bilməməsi, əslində demək olar ki, bilməməsi ilə izah etməyə çalışdıq.

Prosesin sonrakı gedişi bir az fərqli yorumlara əsas verirdi. Onun rus dilini bilməməsi psixiatrik ekspertizanın rəyi ilə obyektiv təsdiq olunurdu. Bu barədə daha sonra ekspertiza barəsindəki yazıda oxuyacaqsınız. Qərara aldıq ki, Səfərova verilmiş rusdilli tərçüməçinin dəyişdirilməsi barədə vəsatət qaldırılsın, ona Azərbaycan, yaxud türk dillərini səlis bilən tərcüməçi təyin edilsin.

İstintaq bu vəsatəti təmin etdi. Bundan sonrakı iki dindirmədə tərçüməçi kimi Sevinc xanım iştirak etdi. Vəkil Peter Zalay iki əlavə şahidin dindirilməsi barədə vəsatət verdi, istintaq bu vəsatəti də təmin edərək həmin şəxsləri dindirdi. May ayında mən istintaqın başa çatması ilə əlaqədar üçüncü dəfə Budapeştə getdim. Bu dəfə istintaq təcridxanasına tək getmişdim. Ramillə görüş otağında şüşə arakəsmə arxasından danışdıq. Görüş üçün kimdənsə icazə almağa ehtiyac olmadı. Girişdəki pəncərəyə yaxınlaşıb pasportumu təqdim etdim və Səfərovla görüşə gəldiyimi dedim. Üstümə baxış keçirdikdən sonra məni görüş otağına ötürdülər və Ramin Səfərovu gətirdilər. Otaqda başqa məhbuslar yaxınları ilə oturub danışırdılar.

Məlum oldu ki, ağır cinayətdə ittiham olunanlarla görüş kabinədə şüşə arakəsmə arxasında olur,telefonla danışırsınız. İndi bu qayda bizdə də tətbiq edilir. Görüşdə Ramilin məhkəmə çıxışını müzakirə etdik. Qərara gəldik ki, o, çıxışı özü hazırlayacaq, sonra mənə göndərəcək. Məhkəmə öncəsi mən Budapeştə gələcəm, bir də görüşüb son variantı hazırlayaçağıq.
Belə də etdik. İş 2004-cü ilin iyun ayında ittiham aktı ilə məhkəməyə getdi və birinci məhkəmə iclası 23 noyabr 2004-cü ilə təyin edildi...


davamı olacaq

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23 Bu gün növbəti qəbul imtahanı KEÇİRİLƏCƏK 14 Avqust 2020, 00:09 TAP layihəsinin 97 faizi tamamlanıb 13 Avqust 2020, 23:57 Şəmkir sakini bıçaqlandı 13 Avqust 2020, 23:42 Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb 13 Avqust 2020, 23:24 "Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"da 13 Avqust 2020, 23:10 Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb 13 Avqust 2020, 22:54 Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu 13 Avqust 2020, 22:41 Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər 13 Avqust 2020, 22:28 “Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır” - Təhsil naziri 13 Avqust 2020, 22:14 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 13 Avqust 2020, 21:58 "Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib 13 Avqust 2020, 21:43 Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb 13 Avqust 2020, 21:27 Belarusa kömək təklif edildi 13 Avqust 2020, 21:13 “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar  13 Avqust 2020, 20:58 “100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi 13 Avqust 2020, 20:41 “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev 13 Avqust 2020, 20:26 Məhbuslarla görüş və sovqatların verilməsi bərpa olundu 13 Avqust 2020, 20:19 Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək 13 Avqust 2020, 20:02 İqtisadiyyat Nazirliyi 65 obyektdə qayda pozuntusu aşkarladı 13 Avqust 2020, 19:56 Millimizin baş məşqçisi "Neftçi"nin məşqini izləyib 13 Avqust 2020, 19:47 Qarabağın bəlalı salnaməsinin baş yazarı əbədiyyətə qovuşdu 13 Avqust 2020, 19:38 Universitetlər oktyabrın 1-dən sonra açılacaq - Türkiyədə 13 Avqust 2020, 19:29 Salyan və Ağstafada “Ford” yandı 13 Avqust 2020, 19:20 Peşə təhsil müəssisələrini bitirənlərin sayı AÇIQLANDI 13 Avqust 2020, 19:11 Dövlət Agentliyi daha 76 obyektdə kobud pozuntular AŞKARLADI   13 Avqust 2020, 19:02 Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO 13 Avqust 2020, 18:53 Bu gün keçirilən qəbul imtahanının düzgün CAVABLARI 13 Avqust 2020, 18:44 Teledərslər yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ   13 Avqust 2020, 18:35 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE 13 Avqust 2020, 18:26 Ölkəyə gətirilən yeni taksilər istifadəyə verildi - FOTO 13 Avqust 2020, 18:17 Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü 13 Avqust 2020, 18:08