Arxiv
13 Avqust 2019, 22:15 | ÖLKƏ
“Hakim nə istədiyini gizlətmirdi” - Ramil Səfərovun vəkili SİRLƏRİ AÇIR

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.


Modern.az saytı vəkil Adil İsmayılovun yazısının ardını təqdim edir. 


(Yazının əvvəli burada)

Hakim Vaskuti Andraşın tərəfsizliyini qoruya bilməməsi prosesin sonrakı mərhələlərində də hiss olunurdu. Məsələn, ikinci erməni zabiti Hayk Manukyan məhkəmədə ifadə verərkən, onun istintaqda verdiyi ifadə ilə ziddiyyət yarandı, bu ziddiyətin araşdırılması zamanı o, özünü dolaşdırdı və ziddiyət daha da dərinləşdi. Bunu görən hakimin yadına düşdü ki, erməni zabitin ifadəsini tərcümə edən tərçüməçinin lisenziyası yoxdur, buna görə dindirmə yarımçıq qaldı və fasilə elan etdi. 

Bir məqamda hakimin qərarı ümumiyyətlə əndazəni aşırdı. 8 fevral 2005-ci il tarixli ikinci məhkəmə iclasında hakim bildirdi ki, 90-cı illərin hərbi hadisələrini məhkəmə ümumi qəbul edilmiş faktlar kimi tanıdığından bundan sonra erməni-Azərbaycan münaqişəsinə aid sübutlar irəli sürülməsinə icazə vermir.
“Məhkəmənin vəzifəsi ittihamın predmeti olan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun hadisəni nə üçün və hansı psixi durumda etməsini müəyyən etməkdir”.

Şəxsən mən belə hesab edirəm ki, hadisənin erməni-Azərbaycan münaqişəsi (əslində müharibəsi) kontekstindən kənar araşdırılması obyektiv ola bilməzdi. Maraqlıdır ki, müdafiə tərəfinə bu barədə sübutlar irəli sürməyə icazə verməyən hakim Vaskuti Andraş yekun məhkəmə qərarında-hökmdə həmin hadisələri özünə sərf edən şəkildə interpretasiya etmişdi. 

Hakimin tərəfkeşliyi psixiatrik ekspertiza ilə bağlı məqamlarda pik həddinə çatdı. Bu cür qərəzli mövqe hətta Azərbaycan məhkəmələri üçün də xarakterik deyil. Yəqin çoxlarınız bilmir ki, bu iş üzrə 4 dəfə məhkəmə psixiatrik ekspertiza keçirilib. Birinci ekspertiza istintaq dövründə hadisədən dərhal sonra keçirilmişdi. 

Ekspert psixiatr Katalin Qaal və psixoloq Kristina Yuxasın verdikləri 33/2004 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdi ki, Ramil Səfərov cinayəti törədən vaxt və hal-hazırda anlaqlı vəziyyətdədir, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Heç bir psixi pozuntu və xəstəliyi yoxdur.

Rəyin detallarına getmədən bir məqamı vurğulamaq istərdim. Ekspertiza hadisədən az müddət sonra 23 fevral 2004-cü ildə keçirilmişdi, Səfərov fikirlərini, verilən suallara cavablarını ekspertlərə rus dilində çatdırmışdı. Ekspertizaya bu məqsədlə tərcüməçi Juja Timar dəvət edilmişdi. İstintaqın ilkin mərhələsində Səfərovun ifadəsini də həmin tərçüməçi tərcümə etmişdi. Rəyin ən mübahisəli məqamı Ramil Səfərovun intellektual səviyyəsinin aşağı olması, hətta orta məktəb bitirmiş şəxsin səviyyəsinə uyğun olmaması idi. Türkiyədə ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş şəxsin intellektual səviyyəsinin aşağı olması barədə rəydə göstərilənlər onu birmənalı olaraq şübhə altına almağa əsas verirdi. Bir az irəli gedərək deyim ki, sonrakı üç ekspertiza müayinə olunan şəxsin intellektinin yüksək, yəni aldığı təhsilin səviyyəsinə uyğun olmasını təsdiq etdi. Birinci ekspertiza rəyindəki ziddiyyətli məqamları aradan qaldırmaq üçün Səfərovun vəkili yeni ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Hakim əvvəlcə rəyi vermiş ekspertləri məhkəməyə dəvət etmək barədə qərar verdi.

Mən Bakıya qayıdan kimi Azərbaycan Səhiyyə Nazirliyinin baş məhkəmə-psixiatrı, tibb elmləri doktoru, professor Bilal Əsədovla görüşüb onun yardımına ehtiyac olduğunu dedim. 33/2004-cü il saylı psixiatrik ekspertizanın rus dilində tərcüməsini ona təqdim etdim. Professor Əsədov rəylə tanış olduqdan sonra biz yenidən görüşdük. Bilal Əsədov rəydə olan ziddiyyətləri mənə izah etdi və onları araşdırmaq üçün ekspertlərə məhz hansı suallar verməyin vacib olduğunu məsləhət gördü. Əsədov 16 sualdan ibarət olan bir siyahı təqdim etmişdi.
11-ci sual belə idi: “Sizin keçirdiyiniz Rorşah testinin nəticəsində Ramil Səfərovun intellektinin orta məktəb məzununun səviyyəsinə uyğun olmadığı müəyyən edilib. Necə olur ki, ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş, dəfələrlə müxtəlif treninqlərdə iştirak etmiş, özü kursantlara təlim keçən şəxs birdən-birə testdə belə zəif nəticə göstərir? Mütəmadi olaraq verilən suallara aidiyyəti olmayan cavablar verir, verdiyi cavabları təkrar etməyə meyllidir , vaxtaşırı aşağı danışıq stilinə keçir”.

Bu sualın yeganə cavabı tərçümənin yararsız olması və Səfərovun rus dilini bilmədiyi üçün onun dediklərinin təhrif olunması idi. Məhkəmənin yuxarıda qeyd etdiyim 8 fevral 2005-ci tarixli iclasından başlayaraq Ramil Səfərovun hüquqlarını iki vəkil Peter Zalay və Georgi Madyar müdafiə edirdilər. İkinci vəkil səfirliyimizin təşəbbüsü və iştirakı ilə tutulmuşdu. Vəkillər məhkəməyə dəvət edilmiş ekspertlərə suallar verilərkən Bilal Əsədovun hazırladığı suallardan məharətlə istifadə etdilər. Ekspertlər biri-digərini inkar edən cavablar verirdi. Ekspertlərin cavabında bir məqam diqqətimi xüsusi cəlb etdi. Psixiatr suala cavab verərkən dedi ki, əgər təqsirləndirilən şəxs PST-dən (post travmatik stress-bu barədə bir azdan daha ətraflı yazacam) əziyyət çəksəydi, o zabit kimi hərbi xidmətə yararsız hesab edilməli idi, amma işdə belə bir tibbi müayinə aktı yoxdur. Psixoloqsa dedi ki, Səfərov rusca o qədər yaxşı danışırdı ki, bəzi sözləri (yəqin “voda” və”xleb”i deyirdi) o da başa düşürmüş.

Ekspertlərin suallara verdiyi natamam və ziddiyyətli cavablardan sonra məhkəmənin yeni ekspertiza keçirilməsi barədə qərar verməkdən başqa yolu qalmadı. Məhkəmə vəkillərin vəsatəti ilə azərbaycanlı ekspertlərin ekspertizanın keçirilməsində müşahidəçi kimi iştirakına da icazə verdi.

Davamı olacaq

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59 Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü 17 Avqust 2019, 16:42 Bakı Metropoliteni mülki işçi axtarır 17 Avqust 2019, 16:40 Fazil Mustafa Sərdar Cəlaloğluna: “Gülümsərovluq edən cahil...” 17 Avqust 2019, 16:30