Arxiv
17 Avqust 2019, 11:02 | İQTİSADİYYAT
“Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI

Bal arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

 

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı balın bu ilki qiymətləri barədə Modern.az-a danışıb. O, təbii balın 1 kiloqramının 20-40 manata arasında dəyişdiyini deyib. 40 manatdan baha satılan bal isə onun fikrincə, marketinq gedişidir.

 “Təbii balın bir kiloqramı 20-40 manat arası dəyişir. Elə olur ki,  satıclar balı 70 -80  manata təklif edirlər, bu marketinqdən başqa bir şey deyil. Əhali bilsin ki, 40 manatdan baha bal olmur”.

Təbii bal iki cür olur. Çiçək balı bütün çiçəklərdən toplanır, digəri isə həşəratların şirəsindən yığılır. Arı öz qidası üçün çiçəyin nektarını  toplayır, ona müəyyən fermentlər qatır və  şanına yığır. Gəzəngi balına çox az hallarda rast gəlinir. Əsasən  bu bal növü ağacların şirəsindən və həşəratlardan ibarət olur. Yerdə qalan bütün təbii bal çiçək balı adlanır”.

 

Elvin Bayramlı yaz və payız ballarının özəlliklərindən də danışıb.

“Azərbaycanda əvvəlki illərə nəzər yetirsək, balı adətən avqust ayında süzürdülər. Artıq dövr dəyişib məsələn keçən il  aprel ayından başlayaraq süzməyə başladılar. Arıçılığın mövsümü isə fevral ayından başlayır. Ancaq arıçı üçün yaz payızdan başlayır, bu o deməkdir ki, yaz balı əldə etmək üçün arılara avqust ayının sonlarından qulluq edirlər. Sarmaşıq bitkisinin balı var ki, adı həmişəgöyəm adlanır. Bu bal digərlərindən fərqli olaraq, oktyabr ayında süzülür. Bu bal Azərbaycanda yeganə bal  hesab edilir. Müəyyən istisna ballar da olur ki, sentyabrda süzülür buna süpürgə balı deyilir”.

 

Ekspertin fikrincə, ən yaxşı bal Kəlbəcər-Laçın regionunda olur.

“Azərbaycanın ümumi ərazi bölgəsini götürdükdə ən yaxşı bal Kəlbəcər – Laçın iqtisadi rayonu hesab edilirdi. Təəssüf ki, o ərazilər düşmən tapdağı altındadır. Hazırda isə Şəki, Zaqatala, İsmayıllı, Ağsu bölgəsidir. Bu bölgənin balı həm dadlı, həmdə  təbii hesab olunur. Kütləvi olaraq bal yığımında  həcm olaraq aran bölglərini də qeyd edə bilərəm. Bu il Azərbaycanda ən çox balı Kürqırağı ərazilərdən yığdılar. Bir arı yeşiyindən 100 kq bal əldə olundu. Bu kifayət qədər böyük bir rəqəmdir. Son dövrlərdə aran bölgəsinin balına təlabat çox olur. İsmayıllı balı daha yüksək keyfiyyətə malikdir. Çiçək və yem potensialına görə bu ərazilərdə daha çox arı ailələri olur. Arıçılıq meyvəçilikdən fərqli olaraq, bir yerə bağlı olmur. Məsələn biz Ağstafadakı arıxananı müxtəlif rayonlara apara bilirik. Belə deyək bir Ağstafalı arıçıdan İsmayıllı balını almaq mümkündür. Həmin arıçı iyul ayında arını İsmayıllıya apara  bilər və orda da süzər”.

 

 O, təbii balı  saxta baldan necə seçməyin yolları ilə də bölüşdü.

“Təbii balı saxta baldan seçmək bir az çətin məsələdir. İnsanlar belə fikirləşirlər ki, əgər bal yanırsa demək həqiqidir yaxud yod qatmaqla həqiqiliyin üzə çıxır. Bu kimi vasitələrlə balın həqiqiliyini yoxlamaq mümkün deyil. Əgər mümkün olsaydı, böyük şirkət sahibləri neçəsə milyon pul ayırıb laboratoriya açmazdı. Hətta bal mütəxəssisi belə olur ki, aldanır. Hər il ölkədə oktyabr ayında təxminən 30 gün ərzində bal yarmarkası keçirilir. Bu il də keçiriləcəyi gözlənilir”.

 

Elvin Bayramlı balla bağlı statistikanı da açıqlayıb:

 “Azərbaycanda balla bağlı istehlak qabilliyəti bilinmir. Statistikaya nəzər salsaq köhə rəqəmlər özünü göstərir. Arı sayı əvvəlki illərlə  müqayisədə xeyli artıb. Statistika Komitəsi  təxminən 250- 270 min arı ailəsinin oluğunu hesablamışdı. 2019 cu ilin hesablamalarına görə arıların sayı 420 mindən artıqdır. Hər arı ailəsinə 10 manat verməklə 4 milyon 200 mindən artıq pul ödənilib. Nəzərə alaq ki, qeydiyyata düşməyənlərlə birlikdə 450 minə yaxın arı ailəsi var. Bu böyük göstəricidir. Ölkəyə kənardan daxil olan bala qadağa qoymaq lazımdır. Azərbaycan arıçıları ölkəni balla təmin etmək gücünə qadirdir. Assosasiya olaraq, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Prezident Aparatına yazılı müraciətlər göndərəciyik ki, ölkəyə idxal olunan bala əlavə rüsumlar təyin olunsun yaxud da idxal olunacaq balı dayandırsın. Əsas yerli balın satılmasıdır. Məqsədimiz idxala qarşı mübarizə aparmaqdır. İstehsal lazımı səviyyədədir, hətta xarici ölkələrə idxal da edirik. Nümunə kimi, Yaponiyanı göstərə bilərəm ki, 30 tona yaxın bal ixrac olunub”.

 

Jalə MEHDİ

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmamamış YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?