Modern.az

Estoniya səfirliyinin açılması münasibətlərdə yeni mərhələdir - Bayramov

Estoniya səfirliyinin açılması münasibətlərdə yeni mərhələdir - Bayramov

Ölkə

Bu gün, 21:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunan qəbulda iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxışında Azərbaycan və Estoniya arasında uzunmüddətli tarixi əlaqələri vurğulayıb, səfirliyin Bakıda fəaliyyətə başlamasını ikitərəfli münasibətlərdə yeni mərhələ kimi qiymətləndirib.

Ceyhun Bayramov ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib.

O, müsbət siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin, eləcə də mövcud ikitərəfli mexanizmlər və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.


 

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart