Modern.az

“Taliban” qadınlara adları ilə müraciət etməyi qadağan edib

“Taliban” qadınlara adları ilə müraciət etməyi qadağan edib

Dünya

Bu gün, 23:44

“Taliban” qadınlara adları ilə müraciət etməyi qadağan edib.

Modern.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.

Əfqanıstanın Bəlx vilayətində “Taliban” hərəkatı tibb işçilərinə və dövlət qulluqçularına qadınlara “Bibi” sözü ilə müraciət etməyi tapşırıb. Bu söz “nənə” və ya “qoca qadın” mənasını verir.

Almaniyada yaşayan əfqanıstanlı fəal Lalə Osmani bildirib ki, “Taliban” qadınların adları əvəzinə “keçi” və ya “inək” kimi sözlərdən istifadə etməyi də göstəriş verib.

“Bu, mühafizəkar ənənə çərçivəsindən çox-çox kənara çıxır. Söhbət sistemli şəkildə insanlıqdan məhrumetmə prosesindən gedir”, – deyə fəal bildirib.

Onun fikrincə, bu cür tədbirlər qadınları fərdilikdən və insan ləyaqətindən məhrum etməyə yönəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart