Modern.az

Tibb Universitetində ginekoloq ixtisası üzrə neçə oğlan təhsil alır? - AÇIQLAMA

Tibb Universitetində ginekoloq ixtisası üzrə neçə oğlan təhsil alır? - AÇIQLAMA

Aktual

19 Sentyabr 2019, 16:02

Ginekoloq  dedikdə ağıla ilk qadınlar gəlsə də, bu sahə üzrə həmçinin kişilər də fəaliyyət göstərir.  Düzdür, ölkədə bu ixtisas bir o qədər də geniş yayılmayıb, lakin ginekoloq kimi kişi həkim axtaran qadınlar da az deyil. 

Maraqlıdır, o qədər də kütləvi olmayan, lakin ehtiyac duyulan bu sahədə ölkə üzrə neçə oğlan ixtisaslaşır?


Bu barədə suallara Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Modern.az-a açıqlamasında cavab verib.

Onun sözlərinə görə, keçən il ümumi respublikada ginekoloq ixtiasını bitirən  oğlan olmayıb:
 

“Qızlar da, oğlanlar da “müalicə işi” üzrə daxil olub, sonradan ginekologiyanı seçə bilirlər. Rezidentura mərhələsində artıq bilinir ki, bu sahə üzrə neçə nəfər  təhsil alacaq.  Bu il ginekoloq ixtisasını seçən qızlar olsa da, oğlanlardan heç biri bu istiqamətə yönəlməyib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?