Arxiv
4 Oktyabr 2019, 13:39 | PARLAMENT
Deputatdan mühacirlərə sərt İTTİHAM: “Arvad paltarında ölkədən qaçanlar...”

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Avropa Liqasının Lüksemburqda keçirilmiş "Düdelanj” - "Qarabağ” oyununda törədilən erməni təxribatına sərt reaksiya sərgiləyib.


Modern.az-ın məlumatına görə, Siyavuş Novruzov "Qafqazinfo"ya bildirib ki, "Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi.

"Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar. “Eurovision” müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir. Dədə- babadan da türkün olub və türkün də olacaqdır.

Dünən baş verənlər də elə hər şey üst-üstə düşdü. Azərbaycan prezidenti ötən gün Soçidə çıxışında "Qarabağ Azərbaycandır" deyərək, məsələyə nida vurdu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz. Ermənilər bu məsələni uzatmaqla çalışırdı ki, insanların yadından çıxarsın və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gün- gündən Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə də ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının dünənki etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular.


Bu təxribatı törədənlər stadionda kimlərsə tərəfindən idarə olunurdu. Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.

Fikir verirsinizsə, nə üçün beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir. Dərk etdiyinə görə də, həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.

Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi. Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər.

Lakin Avropanın mərkəzində belə bir tədbirin keçirilən zaman bu baş verdi. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi. Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da ki təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur.


Bu gün adını azərbaycanlı qoyub mühacir həyatı yaşayan, antiazərbaycan əleyhinə iş aparan vətən xainləri, Dağlıq Qarabağla və dünənki oyunla bağlı bir kəlimə də olsun ermənilərə qarşı münasibətlərini bildirməyiblər. Bir də görürsən ki, kimlərsə Azərbaycan səfirliyi qarşısında piket keçirir. Müxtəlif təhqiramiz ifadələr işlədirlər. Buradan arvad paltarında Azərbaycandan qaçan, yalandan özünü siyasi mühacir elan edən insanlar bir daha onu göstərdi ki, erməni lobbisinin hesabına antiazərbaycan fəaliyyəti göstərirlər. Çünki dünənki hadisə nümunədir. İndiyə kimi biri də səsini çıxarmayıb. Lüksemburqa yaxın yerlərdə yaşayanlar var. Niderlandda qalanlar var. 1 saatlıq yoldur ora getmək. Toplaşıb Lüksemburqda aksiya keçirə bilərlər. Ancaq biz bunu görmürük. Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər. Onlar vətən xainləridir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu şəxslərə həftəsonları şəxsi maşınlarından istifadəİCAZƏ VERİLƏCƏK 4 İyun 2020, 17:56 “Piyada gələ bilən işçilərə üstünlük verilməlidir” - Ramin Bayramlı   4 İyun 2020, 17:52 Tarixi Azərbaycan torpaqları və toponimləri 4 İyun 2020, 17:46 TƏBİB buraxılış imtahanlarına hazırlaşanlara MÜRACİƏT ETDİ 4 İyun 2020, 17:41 Peyvənd hazırlanana qədər virus bizimlə olacaq - Hande Harmancı 4 İyun 2020, 17:37 Daha uzunmüddətli qapanmalara gedə bilərik - Operativ Qərargahdan XƏBƏRDARLIQ 4 İyun 2020, 17:33 Başqa xəstəliklərdən ölənlər koronovirus adı ilə rəsmiləşdirilir? - AÇIQLAMA 4 İyun 2020, 17:31 Operativ Qərargah özəl müəssisələrə müraciət etdi - iş vaxtını saat 14:00-da yekunlaşdırın 4 İyun 2020, 17:30 Metroda polisə tabe olmayanlar həbs edildi - VİDEO 4 İyun 2020, 17:29 İyunda işsizlərə 190 manat verilməyəcək! - RƏSMİ 4 İyun 2020, 17:27 Gələn həftəki qadağalar yoluxmanın sayından asılı olacaq 4 İyun 2020, 17:27 Biz adi maskadan istifadəni tövsiyə edirik - TƏBİB sədri 4 İyun 2020, 17:24 Xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb 4 İyun 2020, 17:23 Saytların əməkdaşları evdən işləsinlər - TƏBİB-dən TÖVSİYƏ 4 İyun 2020, 17:22 İstirahət günlərində yalnız bu şəxslər şəxsi maşından istifadə edəcəklər 4 İyun 2020, 17:21 Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ 4 İyun 2020, 17:18 Həftəsonları mağaza, market və apteklər tamamilə qapadılacaq 4 İyun 2020, 17:15 Son günlər koronavirusun bölgələrdə sürətli yayılması müşahidə olunur - Ramin Bayramlı 4 İyun 2020, 17:10 Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 4 İyun 2020, 17:04 Operativ Qərargah brifinq keçirir - Canlı yayım 4 İyun 2020, 17:00 “Dövlətqaçqınkom”un vəzifəli şəxslərinə cinayət işi AÇILDI 4 İyun 2020, 16:56 “Ölkəyə gələn turistlərin hamısı 14 gün karantində saxlanılsın” - Baş infeksionist 4 İyun 2020, 16:52 Meyitdən hansı orqanların götürüləcəyi məlum oldu 4 İyun 2020, 16:46 İqtisadiyyat Nazirliyi sahibkarlarla birgə aztəminatlı ailələrə dəstək verdilər 4 İyun 2020, 16:40 Orqan transplantasiyası keçirən tibb müəssisələri lisenziya alacaq 4 İyun 2020, 16:35 Azərbaycanla Türkiyə arasında uçuşlar bərpa olunur - RƏSMİ 4 İyun 2020, 16:30 “Bir ana, bir azərbaycanlı olaraq xahiş edirəm…” - Milli Məclis Sədrindən əhaliyə MÜRACİƏT 4 İyun 2020, 16:25 İqbal Məmmədov leriklilərə müraciət etdi 4 İyun 2020, 16:22 Eks-prezident məcburi ifadə verməli olacaq 4 İyun 2020, 16:20 İtaliya da Avropa İttifaqından çıxa bilər 4 İyun 2020, 16:15 Abituriyentlər üçün teledərslərə start veriləcək - Təhsil Nazirliyi 4 İyun 2020, 16:10 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edənlərin NƏZƏRİNƏ! 4 İyun 2020, 16:05 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib 4 İyun 2020, 16:00 “AZE Nakhcıvan-Köln” Futbol Klubuna stadion tikilir 4 İyun 2020, 15:57 Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə 4 İyun 2020, 15:54