Modern.az

Milli Məclisə ayrılan vəsait ARTIRILIR

Milli Məclisə ayrılan vəsait ARTIRILIR

Parlament

24 Oktyabr 2019, 10:36

Gələn il  Azərbaycan Respubliaksının Milli Məclisinə ayrılacaq  vəsaitin məbləği müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Milli Məclisə 45 milyon 488 min 15 manat vəsait ayrılacaq.

 

Eyni zamanda, bu rəqəm ötən illə müqayisədə 167, 1% çoxdur. Belə ki, 2019-cu ildə parlamentə dövlət büdcəsindən 27 milyon 214 min 209 manat vəsait ayrılıb.

 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir